Bəşəriyyətin ölüm səbəbi açıqlandı 25 Sentyabr 2018 01:00 Xəbərlər Ümumdünya Səhiyyə Təşkilatı dünyada insanların ən başlıca ölüm səbəbini açıqlayıb. Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, açıqlamaya görə, alkoqol qəbulu səbəbilə dünyada hər il 3 milyon insan ölür. Bu rəqəm hər il QİÇS, zorakılıq və avtomobil qəzalarında dünyasını dəyişənlərdən çoxdur. Mütəxəssislərin sözlərinə görə, dünyada hər 20 ölüm halından birinin səbəbi məhz alkoqollu içkilərdir. Alkoqollu içkilər sərxoş vəziyyətdə avtomobil idarəetmə, ürək-damar xəstəlikləri, qaraciyər serrozu və müxtəlif xərçəng xəstəliyi növlərinin yaranmasına və nəticədə ölümə səbəb olur. Bundan əlavə, spirtli içkilər vərəm, HİV və pnevmoniya kimi infeksiyalara yoluxma riskini artırır. Alkoqolla əlaqəli bütün ölümlərin dörddə üçü kişilər arasındadır. Bundan əlavə, 20-29 yaşlı gənclər arasında ölümlərin böyük bir hissəsi (13,5%) də spirtli istifadənin nəticələri ilə bağlıdır. ÜST-ün hesablamalarına görə, dünyada təxminən 237 milyon kişi və 46 milyon qadın alkoqol asılılığından əziyyət çəkir. Orta hesabla hər gün 2,3 milyard insan gün ərzində 33 qram təmiz spirt içir. Bu, təxminən iki qədəh şərab və ya böyük bir şüşə pivəyə bərabərdir. Teqlər : #Bəşəriyyətin ölüm səbəbi açıqlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kəndlinin planı alt-üst olub: Gözlərini ona dikmişdilər... Qarabağ mitinqinin təşkilatçıları BŞİH-də olublar