Bəzi xəbər saytları niyə işləmir? - SƏBƏB

Bəzi xəbər saytları niyə işləmir? - SƏBƏB

Bir neçə dəqiqədir ki, bəzi xəbər saytlarının fəaliyyətində yaranan məhdudiyyətlər hostinqlə bağlıdır.
 
Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər. Qurumun mətbuat xidmətindən bildiriblər ki, saytlarda yaranmış problem artıq həll olunub:
 
"Bəzi saytlarda yaranmış problem onların serverləri ilə bağlıdır.
 
Misal üçün, bir anda sayta 500 mindən artıq istifadəçi daxil olduqda həmin veb-saytda yüklənmə baş verir.
 
Bu, hostinqin tutumu az olduqda meydana gəlir.
 
Fəaliyyətində problem olmayan saytlarda isə tutum çox olduğundan onların işində ləngimələr yaranmayıb".
 

Google+ WhatsApp ok.ru