Bələdiyyə seçkilərinin vaxtı açıqlandı

Bələdiyyə seçkilərinin vaxtı açıqlandı

Mərkəzi Seçki Komissiyası (MSK) növbəti bələdiyyə seçkilərinin bu il dekabrın 23-də keçirilməsi barədə qərar verib.
 
Bu barədə «Turan» agentliyinə MSK-dan bildiriblər.
 
MSK-dan verilən məlumata görə, qərar qurumun oktyabrın 18-də keçirilən iclasında qəbul edilib.
 
«Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı» təsdiq edilib.
 
Habelə, bu seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəzdində Ekspert qrupu yaradılması qərara alınıb.
 
Eyni zamanda, imza vərəqələrində, namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə məlumatların düzgünlüyünü yoxlamaq üçün İşçi qrup yaradılıb.
 
Xatırlatma
Azərbaycanda bələdiyyə seçkiləri 1999-cu ildən keçirilməyə başlayıb. İndiyə kimi 4 dəfə bələdiyyə seçkiləri keçirilib.
 
Bəzi ekspertlər ölkədə bələdiyyə seçkilərinə başqa seçkilərlə müqayisədə böyük marağın olmadığını deyirlər. Onların fikrincə, bu, bələdiyyələrin maliyyə resursları və səlahiyyətinin yetərli olmamasından irəli gəlir.
 

 

Google+ WhatsApp ok.ru