Bəşər Cəfəri ABŞ haqqında sərt ittihamlar səsləndirdi

Bəşər Cəfəri ABŞ haqqında sərt ittihamlar səsləndirdi

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri ABŞ haqqında danışıb. 

 O, açıqlamasında bildirib ki, Suriya xalqının bütün problemlərinə görə hal hazırda ABŞ məsuliyyət daşıyır.

 "Onlar Suriya xalqına görə narahat olduqlarını deyirlər. Əslində yalan danışırlar", - deyə Bəşər Cəfəri diqqətə çatdırıb.   

Bəşər Cəfəri qeyd edib ki, hal hazırda Suriyaya qarşı tətbiq olunan sanksiyalar ABŞ yalanlarını ortaya çıxarır. /eastnews.org/

Google+ WhatsApp ok.ru