Bahalaşma davam edəcək” - Qorxunc proqnoz

Bahalaşma davam edəcək” - Qorxunc proqnoz

Artıq bir neçə gündür ki, paytaxtda mal ətinun 1 kiloqramı 8 manat 50 qəpiyə satılır 
 
Bu da ətin hər kiloqramının təxminən 1 manat bahalaşmasıdır 
 
İqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, bu son hədd deyil, qiymət bahalaşması davam edəcək: “Əslində, iqtisadi məntiqlə mövsumi amillərə görə yay fəslində mal ətinin qiyməti sabit qalmalı idi. 
 
Çünki yay aylarında yaşıl yem və qüvvətli yemin qiyməti digər mövsümlərlə müqayisədə ucuz olur. Belə olan halda ət istehsalında əsas xərc maddəsi olan yemin qiymətinin nisbətən ucuz olması məhsulun maya dəyərini aşağı salır. 
 
Digər tərəfdən də yay aylarında kabab mövsümünə görə qoyun ətinə tələbat mal ətini nisbətən yüksək olur. Yayda mal ətinə olan tələbatın azalması onun qiymətində sabitliyi qorumalı idi. Əfsuslar olsun ki, hələ də daxili mal əti bazarında idxal olunan diri heyvanların payı kifayət qədər yüksəkdir”. 
 
Ekspertin müşahidələri göstərir ki, Rusiyadan ucuz qiymətə alınaraq gətirilən iri buynuzlu heyvanlar bir neçə aylıq bəsləmədən sonra bazarlarda alıcılara təklif olunur: “Hazırda isə ölkədə davamlı devalvasiya və rus rublunun dəyərinin son zamanlar möhkəmlənməsi idxal olunan diri heyvanların manatla qiymətini artırır. 
 
Odur ki, hazırkı qiymətlərlə diri heyvanların ölkəyə gətirilməsi getdikcə sərfəsiz biznesə çevrilir. Bunu xarici ticarət statistikasında həmin mal mövqeyi üzrə azalan tendensiya da təsdiq edir. Belə ki, ötən ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə idxal olunan diri heayvanların dəyəri 57,1 faiz azalaraq 28,9 milyon dollardan 12,4 milyon dollara düşüb. Ət bazarında qiymət bahalaşması ilk növbədə restoranlarda və kafelərdə ətli yeməklərin iymətini bahalaşdıracaq”.(politika) /

Google+ WhatsApp ok.ru