Bahalaşma davam edir

Bahalaşma davam edir

«Novoye Vremya» qəzetində «Fəlakətin başlanğıcı: Zəncirvari reaksiya gözləmək olarmı?» sualı gündəmə daşınır.
 
Müəllif avqustun 19-da «Premium Euro-95» və «Super Euro-98» markalı benzinlərin bahalaşmasını dəyərləndirib.
 
Yazıda vurğulanır ki, hələlik imkanlı vətəndaşların istifadə etdikləri «Premium», «Super» markalı benzin bahalaşıb: «Amma, necə deyərlər, bu fəlakətin başlanğıcıdır».
 
Müəllif xatırladır ki, «Premium Euro-95» markalı benzinin litri 1 manat 25 qəpikdən 1 manat 50 qəpiyə, «Super Euro-98» isə 1 manat 50 qəpikdən 1manat 60 qəpiyə yüksəlib.
 
Müəllif hesab edir ki, benzinin bahalaşması bütün qiymətlərə təsir edir: «İndi bahalaşan benzindən əhalinin kiçik hissəsi istifadə edir. Amma eyni zamanda da vətəndaşlar qiymətlərin zəncirvari qaydada bahalaşa bilməsi həyəcanı yaşayırlar. Artıq kommunal xidmətlərin, xüsusilə mənzil haqlarının bahalaşacağı şayiələri yayılır. Digər tərəfdən isə, heç kəs zəmanət verə bilməz ki, kütləvi istehlak edilən Aİ-92 markalı benzin bahalaşmayacaq».
 
Müəllifə görə, onsuzda ictimai nəqliyyatda gediş haqlarının, bəzi rüsum və gömrük yığımlarının artması ilə növbəti bahalaşma kursu götürülüb.
 
Yazıda vurğulanır ki, uzun müddətdir manatın sabit qalması fonunda baş verənlər müəmmalıdır: «Yəni, doğrudanmı hökumətin büdcəni tamamlamaq, vətəndaşların həyat şəraitini yüksəltmək üçün hər şeyin qiymətinin bahalaşdırılmasından başqa yolu yoxdur?».(azadliq.org)

Google+ WhatsApp ok.ru