Bahar martın 20-si saat 08:30-da gələcək

Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində baş verəcək.
 
Bunu AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib. Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək.
 
"Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir", - X.Mikayılov belə deyib.
 
Qeyd edək ki, fevralın 23-ü ilk çərşənbə, martın 15-i isə axır çərşənbədir. /
 

Google+ WhatsApp ok.ru