Bakı-Quba yolunda avtomobillərin hərəkətində çətinlik yaranıb - VİDEO

Bakı-Quba yolunda avtomobillərin hərəkətində çətinlik yaranıb - VİDEO

Azəravtoyol isə bu cür hava şəraitinə hazır olmayan sürücüləri günahlandırıb
 
Bakıda yağan qar və müşahidə edilən şaxtalı hava şəraiti Bakı-Sumqayıt-Quba avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb.
 
"Report"un həmin istiqamət üzrə hərəkət edən əməkdaşının sözlərinə görə, avtomobillər aşağı sürətlə hərəkət etsələr də, bəzi yerlərdə sürəşmə halları müşahidə edilir. Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yolda avtomobillərin hissə-hissə hərəkətini tənzimləməyə çalışır.
 
Bundan başqa, avtomobillərin yay şinlərini qış şinlərinə dəyişdirməyən müəyyən nəqliyyat vasitələri qarlı havada hərəkət etməkdə çətinlik çəkir. /
 

Google+ WhatsApp ok.ru