Bakı-Rusiya sərhədi arasında tikiləcək yeni avtomobil yolunun tikintisi 2020-ci ilin əvvəlində yekunlaşacaq

Bakı-Rusiya sərhədi arasında tikiləcək yeni avtomobil yolunun tikintisi 2020-ci ilin əvvəlində yekunlaşacaq

-- artıq tikinti işlərinə başlanılıb

Azərbaycanda ilk ödənişli yolun tikintisi 2020-ci ilin əvvəlində yekunlaşacaq.
 
Maide.Az "azərtac" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov deyib.
 
O bildirib ki, Bakı-Rusiya sərhədi arasında tikiləcək yeni avtomobil yolunun tikintisi 2020-ci ilin əvvəllərində başa çatacaq.
 
Bakı-Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən 208-ci kilometrə qədər olan məsafəni əhatə edən yolun tikintisinə artıq başlanılıb. Gələcəkdə bu yol Azərbaycanda ilk ödənişli yol olacaq.
 

Google+ WhatsApp ok.ru