Bakı-Sumqayıt qatarının hərəkəti dayandı...

Bakı-Sumqayit qatarının hərəkətində fasilə yaranıb.
 
Nasazlıq "Stadler" markalı 6008 nömrəli qatarda baş verib. Belə ki, Sumqayıtdan-Bakıya gələn 8:45 qatarı Biləcəri stansiyasında dayanmalı olub. Biləcəri stansiyasına çatarkən cərəyan qəbuledicisində nasazlıq yarandığından qatarın hərəkəti dayandırılıb.
 
Qatara əlavə lokomativ qoşularaq hərəkət etdirilib. Qatar Bakıya gecikmə ilə 9:20-də çatıb.(azvision.az)

Google+ WhatsApp ok.ru