Bakı-Sumqayıt qatarının hərəkəti dayandırılır

Bakı-Sumqayıt qatarının hərəkəti dayandırılır

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
 
Bu haqda Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
 
S.Qədirova deyib ki, buna səbəb yeraltı keçidin tikintisidir:
 
“Baş Sumqayıt-Sumqayıt-sərnişin stansiyaları arasında yeraltı keçidin tikintisi aparılır. Bununla əlaqədar olaraq 2017-ci ilin mart ayının 18 və 19 tarixlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılacaq”.
 

Google+ WhatsApp ok.ru