Bakı-Sumqayıt yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir.
 
Maide.Az bildirir ki, bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət  Agentliyindən bildirilib.
 
Məlumatda həmçinin bildirilib ki, bununla əlaqədar olaraq hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq hissə-hissə qismən məhdudlaşdırılır.
 
Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq təhlükəsizlik tədbirləri görüləcək.
 

Google+ WhatsApp ok.ru