Bakı-Sumqayıt yolunda yenə güclü tıxac var

Bakının bəzi küçələrində yenə də güclü tıxac müşahidə olunur.
 
Maide.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hazırda Sakit Qocayev, Nəsibbəy Yusifbəyli, Xudu Məmmədov küçələrində, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif küçəsi - Fətəli Xan Xoyski və Ziya Bunyadov prospektlərində, Bakı-Sumqayıt şosesində avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.
 
Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın yaxınlığı və Xudu Məmmədov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
 
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Google+ WhatsApp ok.ru