Bakı şəhərində nə qədər seçici var? - RƏSMİ AÇIQLAMA

Bakı şəhərində səsvermə hüququ olan vətəndaşların sayı açıqlanıb.
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən Maide.az-a verilən məlumata görə, Bakıda 29 seçki dairəsində 1 milyon 224 min 272 seçici qeydiyyatdadır. 
Ən çox seçicisi olan dairə 9 saylı Binəqədi ikinci seçki dairəsi (48154), ən az seçici isə 17 saylı Yasamal üçüncü seçki dairəsindədir (32259).

Google+ WhatsApp ok.ru