Bakı dəmiryolu vağzalı yenilənir

Bakı Sərnişin stansiyasında və stansiyanın yollarında aparılan əsaslı təmir işləri davam etdirilir.
 
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, QSC-nin sədri Cavid Qurbanov stansiyada, həmçinin dəmir yolu vağzalında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
 
Xəbər verdiyimiz kimi, Bakı sərnişin vağzalında yenidənqurma işlərinə bu ilin martında başlanılıb. Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərti ilə yenidən qurulacaq. Binanın daxili də tam yenilənəcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.

Google+ WhatsApp ok.ru