Bakıda 200 nəfər buna görə öldü – Şok statistika

Azərbaycanda hər il 3 min 500-dən çox yol-nəqliyyat hadisəsi qeydə alınır ki, onlarda da mindən çox insan dünyasını dəyişir, iki minə yaxın insan isə müxtəlif dərəcəli xəsarət alır. Bu faktlar Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun həyata keçirdiyi “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili” layihəsi çərçivəsində Bakının Suraxanı rayonunda təşkil edilən tədbirdə səsləndirilib.
 
2015-ci ilin ilk 6 ayında respublika ərazisində qeydə alınan 1045 yol-nəqliyyat hadisəsində 407 nəfər ölüb, 1117 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 171 hadisə, 105 ölüm faktı, 117 xəsarət faktı azalıb. 
 
Eyni zamanda, 408 piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 143 nəfər ölüb, 313 nəfər xəsarət alıb. Yol qəzalarında ölənlərin 34-ü, yaralananların isə 99-u azyaşlıdır. 
 
Yalnız Bakı şəhərində yanvarın 1-dən noyabrın 14-dək 694 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalarda da 200 nəfər ölüb, 746 nəfər isə xəsarət alıb. axar/
 

Google+ WhatsApp ok.ru