Bakıda 22-27 dərəcə isti olacaq

Axşam buludluluq artacaq, gecəyə doğru bəzi yerlərdə duman olacaq

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterAz-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə duman olacağı gözlənilir.

Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 13-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı ehtimal olunur. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir./

Google+ WhatsApp ok.ru