Bakıda 28, rayonlarda 32 dərəcə isti olacaq 29 May 2017 01:00 Ölkə Mayın 30-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Maide.İnfo xəbər verir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 15-18° isti, gündüz 24-29° isti, Bakıda gecə 15-17° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacağı gözlənilir. Teqlər : #Bakıda 28,#rayonlarda 32 dərəcə isti olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda uşaq verilişlərinin reklamla kəsilməsi qadağan edilir Bakıda 12 metr sürüşən bina yenidən silkələndi - TƏHLÜKƏ - FOTO/VİDEO