Bakıda 42 «novostroyka» tikilir

Bakıda 42 «novostroyka» tikilir

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2015-ci ildə istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 1932 min m² təşkil edib ki, bu da 2009-cu ilin analoji göstəricilərindən təqribən 29% çoxdur.
 
Mənzil tikintisinin yüksələn dinamikası və 2006-2015-ci illərdə mənzil fondunun ümumi sahəsinin 25 milyon m² artmasına baxmayaraq, ölkədə mənzilə olan tələb hələ də yüksəkdir. Məhz bu tələbin fonunda paytaxt və paytaxta yaxın ərazilərdə tikinti işləri sürətlə davam edir, bazara yeni layihələr daxil olur.
 
“AS Group İnvestment” Şirkətlər qrupu nəzdində strateji araşdırmalar mərkəzi iyul-avqust aylarında tikilməkdə olan 42 yaşayış kompleksi və binasında araşdırma aparıb.
 
Şirkətdən fins.az-a verilən məlumata görə, araşdırma predmeti olan obyektlərdən 2016-cı ildə 12-i, 2017-ci ildə 20-i, 2018-ci ildə 10-u təhvil veriləcək. 
 

Google+ WhatsApp ok.ru