Bakıda 5 marşrutun dayanacağı dəyişdirildi 24 Yanvar 2017 02:00 Ölkə Bakıda daha 5 marşrut xəttinin dayanacağı dəyişdirilib. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, yanvarın 24-dən etibarən Dəmir Yolu Vağzalının yanındakı meydan və yol asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar, Azadlıq prospektindən (C.Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazi təmirə bağlanıb. Bununla əlaqədar, müntəzəm sərnişindaşıma ilə məşğlul olan bir sıra marşrut xətlərinin hərəkət istiqamətlərinə müvəqqəti dəyişiklik edilib. Belə ki, edilmiş müvəqqəti dəyişikliyə əsasən, 8, 14, 1, 5, H1 (Exspress xətt) üzrə hərəkət edən avtobusların son dayanacağı kimi metronun "28 May" stansiyasının qarşısı deyil, Səməd Vurğun bağının qarşısı müəyyən edilib. Teqlər : #Bakıda 5 marşrutun dayanacağı dəyişdirildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Komitə sədri: “Sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir” Sabaha olan hava proqnozu açıqlanıb