Bakıda “Rəhmət Günəşi” adlı tədbir keçirilib -foto

Ötən gün  Bakıda "Milli Mənəvi Dəyərlər" İctimai Birliyinin təşkilatçılığı ilə İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) və İmam Sadiqin (ə)  mövluduna həsr olunmuş “Rəhmət Günəşi” adlı tədbir keçirilib
İslamazeri.az-ın verdiyi məlumata görə, mövlud tədbirində ölkənin tanınmış ruhaniləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları çıxışları zamanı “Vəhdət Həftəsi”nin və müsəlmanların birliyinin əhəmiyyətindən danışaraq əziz İslam Peyğəmbərinin(s) həyat yolundan, müqəddəs hədəfləri barədə məlumat veriblər.
Mövlud tanınmış ilahiyyatçıların çıxışları, surud qruplarının ifası və şairlərin şer səsləndirməsi ilə davam edib./

 

 

 

 

 

Google+ WhatsApp ok.ru