Bakıda Ərəbistandan gələn tozun miqdarı artır

Bakıda Ərəbistandan gələn tozun miqdarı artır

-- tozun miqdarının sanitar normadan 25 faiz yuxarı olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. 
 
Maide.Az bildirir ki, Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata əsasən, Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 12:00-da bir qədər də artaraq sanitar normadan 25 faiz yuxarı olduğu qeydə alınıb.
 
Xatırladaq ki, saat 09:00 da bu göstərici 20 faiz təşkil edirdi.
 
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 29-30 mart 2018-ci il tarixində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.
 
Buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.
 
 

Google+ WhatsApp ok.ru