Bakıda bu yollar sabahdan bir neçə günlüyə bağlanır

 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərə xəbərdarlıq edib.
 
“Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən APA-ya daxil olan məlumatda bildirilir ki, martın 22-si səhər saatlarından Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev və Babək  prospektlərinə çıxışı nəqliyyatın hərəkəti üçün dayandırılacaq. 
 
Səbəb frezlənmiş hissədə asfalt-beton örtüyünün yenilənməsi ilə bağlıdır.
 
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
 
Alternativ yol kimi Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmək məsləhət görülür.
 
İşlərin yaxın bir neçə gün ərzində başa çatdırılması nəzərdə tutulur./
 

Google+ WhatsApp ok.ru