Bakıda ciddi təhlükəsizlik tədbirləri: Avtomobillər yoxlanılır

Bakıda qapalı parklanma yerlərində təhlükəsizlik tədbirləri gücləndirilməsinə başlanılıb.
 
Maide.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, artıq "Azadlıq" meydanında yerləşən ikimərtəbəli yeraltı parklanma yerində avtomobillər girişdə yoxlanılır.
 
Belə ki, giriş zamanı avtomobilin baqajı mühafizəçi tərəfindən yoxlanılır.
 
Mühafizəçi Trend-in əməkdaşı ilə söhbətində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin yayda Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı olduğunu deyib./

Google+ WhatsApp ok.ru