Bakıda doqquz marşrut xəttinin istiqaməti dəyişdirilib 25 Oktyabr 2016 01:00 Ölkə Bakıda doqquz marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib. Maide.Az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumatda qeyd olunur ki, ötən həftə Bakı şəhərinə yağan intensiv yağışlar nəticəsində Binəqədi rayonu Binəqədi şosesinin bir hissəsi yağış sularının altında qalıb. Mövcud vəziyyətin artıq bir neçə gündür davam etməsi yolda avtonəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkəti üçün ciddi təhlükə yaradıb. Hazırda yolda hərəkət tamamilə dayandırılıb. Bu səbəbdən də həmin şosedən keçən 9 marşrut xətti üzrə (100, 108, 123, 133, 134, 147, 155, 165, 179) avtobusların hərəkətində də dəyişiklik edilib. Məqsəd, sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Hazırda Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərlə birgə sərnişin avtobuslarının alternativ yollarla hərəkətinin təmin edilməsi istiqamətində iş aparır. Teqlər : #Bakıda doqquz marşrut xəttinin istiqaməti dəyişdirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dollar bahalaşmaqda davam edir – SABAHIN MƏZƏNNƏSİ Avtomobildə ətir vurmayın! - Polis sizi cərimələyə bilər - VİDEO