Bakıda güclü küləklə bağlı açıqlama 09 Oktyabr 2019 14:33 Ölkə Bu gün müşahidə edilən güclü şimal-qərb küləyi sabahdan etibarən mülayimləşəcək. Bu sözləri Axar.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, sabah səhər saatlarından etibarən havanın temperaturu mülayimləşəcək. Nazirlik rəsmisi onu da qeyd edib ki, bugünkü güclü küləklə bağlı xəbərdarlıq artıq müvafiq təşkilat və qurumlara göndərilib. Teqlər : #Bakıda,#güclü,#küləklə,#bağlı,#açıqlama, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahın hava proqnozu açıqlanıb Azərbaycanda yeni viza növü tətbiq ediləcək