Bakıda işıqforun işləməməsi sürücülər arasında çaşqınlıq yaradır - VİDEO 05 Aprel 2017 01:00 Ölkə İşıqforun işləməməsi qəzaya səbəb olub Bakıda işıqforun işləməməsi sürücülər arasında çaşqınlıq yaradıb və qəza baş verib. "Report"un xəbərinə görə, paytaxtın Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsindəki, üç işıqforun işləməməsi gecə sürücülərin işini çətinləşdirib. Onlar bildirib ki, işıqforun işləməməsi ucbatından bir neçə dəfə qəza şəraiti də yaranıb. Yaxınlıqdakı marketdə işləyən satıcıların sözlərinə görə, ötən gecə (aprelin 4-də) "Mercedes" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub. "Report" əməkdaşlarının apardığı videoçəkiliş zamanı da Səməd Vurğun küçəsi ilə hərəkət edən avtomobillər işıqforun işləməməsini görüb hərəkətini davam etdirirdi. S.Vurğun küçəsi ilə kəsişmədə olan işıqfor işləyir. Həmin işıqforun yaşıl işığından keçən sürücü S.Vurğun küçəsində işləməyən işıqfordan keçən sürücünü gözləmədiyi anda qəza qaçılmaz olur. / Teqlər : #Bakıda işıqforun işləməməsi sürücülər arasında çaşqınlıq yaradır VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səhiyyə Nazirliyi özəl tibb və əczaçılıq müəssisələrinə xəbərdarlıq edib May ayının qeyri-iş günləri