Bakıdakı taksi sürücülərinə xəbərdarlıq edildi 12 Oktyabr 2016 01:00 Ölkə Bakı Nəqliyyat Agentliyi (BNA) taksi sürücülərinə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, "Fərqlənmə nişanı" almadan taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirən şəxslər barədə BNA, Daxili İşlər və Vergilər Nazirlikləri tərəfindən qanuni tədbirlər görüləcək. "Fiziki və hüquqi şəxslər "Fərqlənmə nişanı" almaq üçün vergini istənilən bankda ödəyə bilər. Nişan BNA-nın tabeliyindəki "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin inzibati binasında təqdim edilir", - deyə məlumatda qeyd olunub. Teqlər : #Bakıdakı taksi sürücülərinə xəbərdarlıq edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gəncədə Aşura izdihamı-FOTO Masallı Cümə məscidində izdihamlı əzadarlıq - Video