Bakıdan Avropa Birliyinə 3 yeni avtobus xətti AÇILIR 25 İyun 2016 01:00 Xəbərlər Bakı Beynəlxalq Avtovağzalı iyul ayının 1-dən etibarən beynəlxalq sərnişindaşıma sahəsində yeni istiqamət üzrə marşrut xəttini istifadəyə verir. Bu haqda Modern.az saytına Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib. Türkiyənin “Metro Turizm” şirkəti ilə bağlanan müqaviləyə əsasən, növbəti aydan Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində avtobus reyslər həyata keçiriləcək. Artıq Bolqarıstana sərfəli qiymətlə və komfortlu avtobuslarla səyahət etmək daha asan olacaq. Həftənin 2-4-6-cı günləri həyata keçiriləcək reyslərdə biletin qiyməti 130 AZN təşkil edir. Qeyd edək ki, Azərbaycan Respublikası ilə Bolqarıstan Hökuməti arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur. / Teqlər : #Bakıdan Avropa Birliyinə 3 yeni avtobus xətti AÇILIR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda xəstənin ayağını səhvən kəsən həkim: `Mexaniki olaraq səhvə yol verdim` Fermerlərin bazar dərdi bitmir