Bakıda növbəti Quran gecəsi keçirilib - FOTO

Maide.az xəbər verir ki, Bakıda "Hacı Cavad" məscidində Xanım Zəhranın (s.ə) mövludu münasibətilə növbəti Quran gecəsi keçirilib. Mərasimdə tanınmış Quran qariləri, o cümlədən ilahiyyatçı alimlər iştirak ediblər. Mərasimdə çıxış edən "Hacı Cavad" məscidinin axundu ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov Xanım Zəhranın (s.ə) mövludu münasibəti ilə öz təbriklərini çatıdıb.
 
Bildirib ki, Həzrət Mühəmməd Peyğəmbər (s) Fatiməni (s.ə) “dünya qadınlarının xanımı” adlandırmışdı. Fatimə (s.ə) İslam tarixində hədsiz imanlı, son dərəcə iffətli, səxavətli, elmli bir qadın kimi yad edilir. Qısa ömrü ərzində dini və dünyəvi məsələlərdə Mədinə qadınları üçün əsl müəllimə rolunu oynamış, müraciət edən hər kəsə mənəvi və maddi yardım göstərib.
 
Sonra Təzəpir məscidinin baş axundu Hacı Faiz Nağızadə Qurani-kərimi oxumaq dinimizdə ən böyük savablardan və ibadətlərdən biri sayıldığını bildirib. Hacı Faiz Nağızadə Quran ayələrinin oxunması ilə mərasim açıq elan olunub.
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru