Bakıda çovğun olacaq

Sabah Bakıda və Abşeron yarımadasında çovğun olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıtılı olacağı, qar yağacağı gözlənilir. Şimal -qərb küləyi güclənəcək. Covqun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var.

Havanın temperaturu gecə 2-4 dərəcə isti , gündüz 0 dərəcəyə yaxın olacaq. Axşama doğru 2 dərəcəyə yaxın şaxta olacaq

Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Yağıntının arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti olacaq. Dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. /

Google+ WhatsApp ok.ru