Bakıda park çökür - FOTO

Paytaxtın Binəqədi rayonunda, "Dərnəgül" metrostansiyasının qarşısındakı park çökür.
 
Maide.az publika.az-a istinadən bildirir ki, artıq parkın bir sıra yerlərində çuxurlar yaranıb.
 
Qeyd edək ki, bir müddət əvvəl də parkın asfalt örtüyünün bir sıra yerlərində çatlar yaranmışdı. Lakin son günlər baş verənlər parkın yer örtüyünün çökdüyünü, hətta çuxurların yarandığını göstərir.
 
Xatırladaq ki, "Dərnəgül" metrostansiyasının yerüstü sahəsini əhatə edən 10 hektarlıq park 5 il əvvəl - 2011-ci ilin 29 iyununda metro stansiya ilə eyni gündə istifadəyə verilib.
 
 
 
 

Google+ WhatsApp ok.ru