Bakıda poliklinikanı su basdı - (VİDEO) 02 Mart 2015 02:00 Xəbərlər Balaxanı qəsəbəsində yerləşən 22 saylı poliklinikanın ərazisi mütəmadi olaraq suya qərq olur. Sadəcə bu dəfə vəziyyət bir qədər qəliz olub. Su çox olduğundan binaya giriş-çixiş bağlanıb. Yol bağlı olduğundan həkimlər evə getməyə məcbur olublar. Gələn xəstələr də həmçinin. Amma suyun çəkilməsini gözləyənlər də olub. Xəstə Vüqar Eyyubov analiz vermək üçün poliklinikaya gəldiyini, amma içəri daxil ola bilmədiyini deyir. İşçiləri narahat edən başqa bir məqam isə suyun çox olmasi səbəbindən onun içəriyə doğru irəliləməsidir. Əgər belə hal baş verərsə, o zaman bu, bütün tibbi avadanlıqların sıradan çıxması ilə nəticələnə bilər. Baş həkim Badam Mirzəyeva burada dispanserizasiya keçirildiyini və gələn təcili xəstələri qəbul edə bilmədiklərini deyib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, artıq idarənin əməkdaşları hadisə yerindədir. Suyun çəkilməsi və problemin aradan qaldırılması üçün bütün lazımı tədbirlər görülüb. Teqlər : #Bakıda poliklinikanı su basdı (VİDEO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dini Komitə Quran-Kərimlə bağlı müsabiqə keçirir Dünyanın ən qədim Quran nüsxələrindən görmədiyiniz fotolar