Bakıda İran kino həftəsi keçiriləcək

İran İslam Respublikasının (İİR) Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə İran kino həftəsi keçiriləcək .
 
Bu barədə İranın ölkəmizdəki səfirliyindən Maide.Az-a bildirilib.

Açılış mərasimi mayın 14-də saat 18:00-da Nizami Kino Mərkəzində təşkil olunacaq. Bakıda İran kino həftəsi çərçivəsində mayın 14-də “143-cü çuxur”, mayın 15-də “Bir dişləm qənd”, mayın 16-da “Bu gün”, mayın 17-də “Nəqqaşlıq hovuzu” filmləri Nizami Kino Mərkəzində 19:00-da nümayiş olunacaq.  /

Google+ WhatsApp ok.ru