Bakıda səfirliklərin mühafizəsi gücləndi

Bakıda dünyanın aparıcı dövlətlərinin və Avropa ölkələrinin konsulluqlarında təhlükəsizlik tədbirləri ilə bağlı xüsusi addımlar atılıb.
 
Bu barədə Axar.az-a məlumatlı qaynaqdan verilən xəbərdə səfirliklərin mühafizəsinin daha da sistemləşdirildiyi qeyd olunur.
 
Xüsus xidmət orqanları və kəşfiyyat tərəfindən qorunan səfirliklərdə mühafizənin gücləndirilməsinin əsas səbəbləri açıqlanmasa da, regionda cərəyan edən siyasi-hərbi konfliktlərə görə bu addımların atıldığı ehtimal edilir.
 
Xəbərdə o da deyilir ki, Azərbaycan hüquq-mühafizə orqanları səfirliklərin qorunmasında xüsusilə aktiv iştirak edir və hər hansı təhlükə ehtimalı yoxdur. Sadəcə, bu tədbirlər dünyanı təhdid edən terror təşkilatlarının yaratdığı psixoloji gərginliyi aradan qaldırmağa və səfirliklərin özünü güvəndə hiss etməsi üçün şərait yaratmağa xidmət edir./

Google+ WhatsApp ok.ru