Bakıda sabah da yağış olacaq 22 Oktyabr 2015 01:00 Ölkə Sabah Bakı və Abşeron yarımadasında yağış yağacağı gözlənilir. Bu barədə Maide.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verib. Oktyabrın 23-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gündüz dəyişkən buludlu olacağı, arabir tutulacaği gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 16-19, Bakıda gecə 12-14, gündüz 16-18 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman, çiskin olacaq. Şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq. Teqlər : #Bakıda sabah da yağış olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı-Sumqayıt yolunda yeni çatlar yaranıb Radara görə maşını cərimə meydançasına aparılanlar üçün VACİB YAZI