Bakıda son bir həftədə 20 minə yaxın sürücü cərimələnib

Bakı şəhərində son bir həftə ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 19 239 sürücü barəsində inzibati protokol tərtib edilib 
Maide.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Həmin sürücülərdən 382-i avtomobili sərxoş vəziyyətdə idarə edən şəxslərdir. Həmçinin, inzibati məsuliyyətə cəlb olunan sürücülər arasında 12 avtoxuliqan olub. Qaydaları pozan sürücülərdən 276 nəfəri hərəkəti işıqforun qırmızı işiğında davam etdirən, 3 945-i ötmə manevr qaydalarını pozan, 45-i sərnişin daşıma qaydalarını pozan, 67-si yol polisi əməkdaşlarının qanuni tələbini yerinə yetirməyən, 10 nəfəri avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə edən, 73-ü avtomobili sənədsiz idarə edən, 85-i isə avtomobili pərdə və plyonka ilə idarə edən sürücülərdir. /

Google+ WhatsApp ok.ru