Bakıda `sürücü ovu` davam edir

“Noyabr ayının 16-dan 300 dən artıq pərdə və plyonkalı idarə edilən nəqliyyat vasitəsi müəyyən edilib və onlar sənədləşdirilib”. 
 
Maide.az xəbər verir ki, Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi Vaqif Əsədov ans-ə bildirib.
 
"Noyabr ayının 16-dan - dekabrın 1-nə kimi Bakı şəhər üzrə, yəni paytaxtın inzibati ərazisinə düşən küçə və yallarda əməkdaşlarımız xidmət apararkən ümumilikdə 117 protokol tərtib olunub. Avtomobillərini pərdə və plyonka ilə idarə edən sürürcülər 150 manat məbləğində cərimə olunur", - deyə Vaqif Əsədov bildirib. 
 
Vaqif Əsədov qeyd edib ki, hər il isti hava şəraiti ilə əlaqədər standartın tələbinə uyğun istismar edilən nəqliyyat vasitəsi arxa sağ sol qapı şüşələrindən istehsalçı zavodun müəyyən etdiyi sənaye üsulu ilə hazırlanan pərdə və jalüzlərin asılmasına icazə verilib.
 
Noyabr ayı ərzində təxminən 30.000 dən artıq intizabi protokol tərtib edilib. Ən çox tərtib edilmiş protokollar arasında piyadalar üstünlük təşkil edir. Yəni bu ay ərzində daha çox piyadalara protokol tərtib edilib. 
 
Bundan əlavə ümumilikdə ötmə, manevir etmə, yol ayrıclarını keçmə qaydalarının pozulması da var. Bu ümumi törədilmiş xətaların aşkarlama əmsalınn təxminən 50 % -ni təşkil edir. 
 
Daha sonrakı yerlərdə piyada səhvləri, qırmızı işıqda keçmə, mobil telefonla danışmaq və s göstərmək olar. 

Google+ WhatsApp ok.ru