Bakıda və bölgələrdə şaxta olacaq

Bakıda və bölgələrdə şaxta olacaq

Bakı və Abşeron yarımadasında dekabrın 7-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.Az -a verilən məlumata görə, havanın temperaturunun gecə 0-2° şaxta, gündüz  4-7° isti, Bakıda gecə 0-2° şaxta, gündüz  4-6° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yüksək 772 mm civə sütunundan 763 mm civə sütununa enəcək.
 
Nisbi rütubət  85-95 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, olacağı gözlənilir.

 

Google+ WhatsApp ok.ru