Bakıda valyuta dəyişən bankomatlar-VIDEO

Bankomatlarda hələlik manat, dollar və avro olaraq qaytarılır.

Bakıda valyuta dəyişən bankomatlar fəaliyyətə başlayıb.
 
Maide.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, vətəndaşlar  banklarda  növbəyə durmadan, günün istənilən vaxtı bankomatlar vasitəsi ilə istər xarici valutalarını , istərsə də manatlarını konvertasiya edə biləcəklər. 
 
Bank mütəxəssislərinin fikrincə atılan bu addım həm bankların, həm də vətəndaşların işini asanlaşdıracaq. Bank mütəxəsisi Cavanşir Abdullayev bildirdi ki, bunun bank üçün önəmi ondan ibarətdir ki, onlar çox xərc çəkmədən, ayrıca işçi saxlamadan, icarə pulu vermədən mübadilə xidmətlərini təqdim edirlər.
 
"Vətəndaşlar  banklarda  mübadilə əməliyyatlarını günün müvafiq vaxtına kimi apara bilirdilərsə, bu aparatlardan günün istənilən  vaxtı yararlana biləcəklər”, - Cavanşir Abdullayev bildirdi.
 
Bankomatlarda hələlik  üç valyuta - manat, dollar və avro olaraq qaytarılır. Bu xidmətdən  yararlanmaq üçün bankomata valyutanızı daxil edirsiz və günün məzənnəsinə uyğun olaraq, əlavə faiz tutulmadan pulunuz konvertasiya  edilərək sizə qaytarılır. /
 

Google+ WhatsApp ok.ru