'Bakıda xəstəxanaların 80-90 faizi dolub'

'Bakıda xəstəxanaların 80-90 faizi dolub'

Rayonlarda xəstəxanaların doluluq faizi 25-30% olduğu halda, paytaxtda bu, 80-90% təşkil edir.
 
Maide.Az xəbər verir ki, bunu  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
 
R.Bayramlının sözlərinə görə, ümumi yoluxanların 57 faizi Bakının payına düşürsə, bu göstərici Sumqayıtda 15%, Abşeronda 6%, Gəncədə isə 3% təşkil edir: "Aktiv xəstələrin 38%-i hazırda müalicəsini ixtisaslaşmış xəstəxanalarda davam etdirir. Oğuz, Ucar, Daşkəsən, Zərdab və bir sıra ərazilərdə vəziyyət qənaətbəxş olsa da, arxayınlaşmaq olmaz".
 
TƏBİB rəhbəri əlavə edib ki, "sarı zona"ya daxil olan Salyan, Neftçala, Astara, İsmayıllı, Ağcabədi və Biləsuvar riskli rayonlar hesab edilir.
 

Google+ WhatsApp ok.ru