Bakıda yeni metro stansiyası tikiləcək

“Bakı Ağ Şəhər” layihəsi ərazisindən keçəcək metropolitenin yaşıl xəttinin tikintisinə başlanılıb
Maide.az-ın verdiyi xəbərə görə, “Bakı Ağ Şəhər”in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu xətt metronun “Xətai” və “Həzi Aslanov” stansiyalarını birləşdirəcək.

İnşa olunacaq metro stansiyası həmçinin Nobel prospektindən piyadaların təhlükəsiz və rahat yeraltı hərəkətini də təmin edəcək.

Eyni zamanda layihədə nəzərdə tutulmuş 6 yeni yeraltı piyada keçidindən 3-nün inşası artıq həyata keçirilir. /

 

Google+ WhatsApp ok.ru