Bakıda yolda olan sərnişinlərə kiçik iftar masası

Bakıda yolda olan sərnişinlərə kiçik iftar masası

Bakıda iftar zamanı yolda olan sərnişinlər üçün çay masası təşkil edilib.
 
Maide.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, iftar zamanı yolda olan sərnişinlər üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində (NMM) çay masası təşkil edilib.
 
Belə ki, iftar vaxtı Mərkəzdə olan sərnişinlər masaya yaxınlaşaraq onlara təklif edilən su, çay və xurmadan istifadə edib.

Google+ WhatsApp ok.ru