Bakıda yolların asfaltı oğurlanır

Bakının bəzi bəzi qəsəbələrində naməlum adamlar küçələrin asfaltını oğurlayır. 
 
Иu barədə Bakının Badamdar NZS qəsəbə sakinləri bildirirlər. Onların dediyini görə, yoldan çıxarılan asfalt örtüyünün bir maşını sonradan ucqar məhəllə sakinlərinə 70-80 manatdan satılır.
 
Sakinlər həmin soyuq asfaltı həyətlərinə və evlərinin ətrafına tökürlər. Bu səbəbdən artıq sözügedən qəsəbələrdə maşınlar çətinliklə hərəkət edir. 
 
Bu məsələ ilə bağlı ANS-in üz tutduğu “Azəryolservis" təşkilatı məsələyə məsuliyyət daşımadığını bildirdi və şəhər yollarının Bakı Şəhər İcra Hakimiyyətinin balansında olduğunu vurğuladı. Bakı Şəhər İcra Hakimiyyətindən isə məsələ ilə bağlı bələdiyyələrə müraciət etməyi məsləhət gördülər. 
 
Qanunvericilikdə isə bələdiyyəyələrin yollarla bağll heç bir səlahiyyəti yoxdur. Buna görə də məsələ açıq qalır və yollardakı asfaltın oğurlanması hələ də davam edir.

Google+ WhatsApp ok.ru