Bakı Dövlət Universiteti bu gün - COVID pasportu XAOS YARATDI - FOTO

Bakı Dövlət Universiteti bu gün - COVID pasportu XAOS YARATDI - FOTO

Bu gündən Azərbaycanda orta və ali məktəblərdə əyani tədris tam bərpa olunub.
 
Maide.Az "Modern.az"a istinadla xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qəraragahın qərarına əsasən bütün ali məktəblərdə yaşı 18-dən yuxarı olan tələbələrdən COVID-19 pasportu tələb olunur.
 
Ən böyük tələbə kontingentinə malik olan Bakı Dövlət Universitetinin qarşısında COVID-19 sertifikatı yoxlaması zamanı böyük sıxlıq yaranıb. Tələbələr durumdan narazılıq edərək, sıxlığın yoluxmanın artmasına yol aça biləcəyini bildiriblər.
 
Qeyd edək ki, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələbi müəyyən edilir.
 
BDU-nun qarşısındakı sıxlıqdan fotoları təqdim edirik:
 
 
 
 

Google+ WhatsApp ok.ru