Bakı Metropoliteninə könüllü işçi axtarılır

 “Bakı Metropoliteni” QSC I Avropa Oyunları zamanı könüllü bələdçi olmaq istəyənləri əməkdaşlığa dəvət edir.
 
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, könüllülərin işi metronun loqotipi olan xüsusi geyimdə metro stansiyalarında insanlara bələdçi olmaqdan ibarət olacaq.
 
Könüllü ingilis dilində sərbəst danışmağı bacarmalı, həmçinin Azərbaycanın tarixi haqqında məlumatlı olmalıdır. Digər xarici dilləri bilmək təqdirəlayiqdir.
 
İş rejimi, iyunun 12-dən 28-i tarixinədək olmaqla hər gün 6-7 saat təşkil edir.
 
Könüllü olmaq istəyənlər müvafiq anketi doldurub, 27 aprel 2015-ci il tarixinə kimi, [email protected] ünvanına göndərə bilərlər.

Google+ WhatsApp ok.ru