Bakı metrosunda qatarların birində nasazlıq yaranıb

Bu gün 09:20 radələrində Bakı metrosunun Dərnəgül - Həzi-Aslanov xətti ilə hərəkət edən qatarlardan birində nasazlıq baş verib. Bunun nəticəsində qatarın hərəkətində təxminən 20 dəqiqəlik gecikmə müşahidə olunub.
 
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "APA-Economics"ə bildirib ki, artıq nasazlıq aradan qaldırılıb: "Elə bir ciddi problem yoxdur. Sadəcə 29 saylı marşrut nasaz olub, "20 yanvar" stansiyasında sərnişinləri boşaldıb və depoya gedib".

Google+ WhatsApp ok.ru