Bakı metrosunun yeni xətlərində 7 vaqonlu qatarlar hərəkət edəcək 08 Noyabr 2017 02:00 Xəbərlər -- Vaqonlar kondisioner, mikroiqlim nəzarət sistemləri ilə təchiz olunacaq “Yeni xətlərdə həm idarəetmədə, həm hərəkətin təşkilində, həm də təchizatda ən müasir sistemlərin tətbiqi nəzərdə tutulub”. “APA-Economics” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov paytaxt metrosunun 50 illik yubileyinə həsr olunmuş tədbirdə bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, Bakının inkişafı və əhali artımının templəri nəzərə alınaraq, gələcəkdə yeni xətlərdə 7 vaqonlu qatarların hərəkəti nəzərdə tutulub. “Vaqonlar kondisioner, mikroiqlim nəzarət sistemləri, ən yüksək təhlükəsizlik və idarəetmə sistemləri ilə təchiz olunacaq”, - deyə sədr qeyd edib. Teqlər : #Bakı metrosunun yeni xətlərində 7 vaqonlu qatarlar hərəkət edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqda azərbaycanlı zəvvar itkin düşüb - FOTO Bu şəxslər əmək pensiyası almayacaq - Nazir AÇIQLADI