Bakı metrosu yay qrafikinə keçir

Bakı metrosu yay qrafikinə keçir

Bakı metrosu iyunun 22-dən yay qrafikinə keçir.
 
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin lent.az-a verdiyi məlumata görə, yeni qrafikə əsasən qatarların hərəkət cədvəli 24 cüt/saat qatarla olacaq. Belə ki, qış qrafikində bunlar 30 cüt/saat qatarla idi.
 
Yay qrafikinə keçəndən sonra Həzi Aslanov - 28 May stansiyaları arası interval pik saatlarda 2.5 dəqiqə, qeyri-pik saatlarda isə 3 dəqiqə, 28 May-İçərişəhər, 28 May-Dərnəgül arası interval isə müvafiq olaraq 5-6 dəqiqə olacaq. N.Paşayev bildirib ki, qeyri-iş günlərində isə fərqli qrafik tətbiq ediləcək: “Əvvəl Həzi Aslanovdan 1 saatda 30 qatar çıxırdısa, indi 24 qatar çıxacaq. Pik saatlarda qatar 2 dəqiqədən bir yola düşürdüsə, indi 2,5 dəqiqədən bir çıxacaq”.
 
"Həm qeyri-iş günlərində, həm də sərnişinin az olduğu səhər tezdən və gecə saatlarında metro fərqli qrafiklə işləyir”, – deyə mətbuat xidmətinin rəhbəri əlavə edib.
 

Google+ WhatsApp ok.ru