Bakının ‘Sovetski’ kimi tanınan ərazisi ilə bağlı xüsusi plan hazırlanır

Bakının ‘Sovetski’ kimi tanınan ərazisi ilə bağlı xüsusi plan hazırlanır

Bildiyiniz kimi, Bakının "Sovetski" kimi tanınan ərazisi ilə bağlı xüsusi plan hazırlanır". 
 
"Report"un məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
 
Onun sözlərinə görə, hazırda mütəxəssislər işləyir, maraqlı təkliflər hazırlanır, yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək. 
 
Xutor adlanan ərazidə söküntü işlərinin aparılıb-aparılmayacağına münasibət bildirən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün Bakıda kütləvi söküntü işlərinin aparılması nəzərdə tutulmayıb.
 
E.Əzizov deyib ki, Bakıda bu sahədə böyük işlər görülüb, müəyyən problemlər də mövcuddur: “Bu kimi məsələlərə ardıcıllıqla baxılır və bu barədə də KİV-lərə məlumat təqdim olunacaq”.
 

 

Google+ WhatsApp ok.ru